Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim ana  dilim, mənim kimliyim” adlı tematik konfrans keçirilib

21.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 20.02.2022-ci il tarixində onlayn formatda 21 Fevral Beynəlxalq  Ana Dili Günü münasibətilə  “Mənim ana  dilim, mənim kimliyim” adlı tematik konfranskeçirdi. 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdi.  Tədbirdə Vətən müharibəsi şəhidlərinin  ruhları bir dəqiqəlik sükutla yad edildi . Elza Əliyeva çıxışında dil hər bir millətin maddi mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm ən güclü vasitə olduğundan və hər bir insanın öz ana dilini yaxşı bilməli onu qorumalı olduğundan danışdı. AMEA-nın üzvü filologiya üzrə fəlsəfə doktoru Muxtarov Əlimuxtar “Azərbaycan dili dünyaya tarixi Zəfər zirvəsindən boylanır”, təqaüdçü Azərbaycan dili-ədəbiyyat müəlliməsi  Validə Hüseynova “Ana dili insanın mənəvi aləminin zənginləşdirir”, Azərbaycan  yazıçılar birliyinin üzvü Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə “Ana dilini sevmək azdır, onu qorumalıyıq”, ibtidai sinif müəlliməsi Fidan Musayeva“Uşaqların mükəmməl təhsil almasında, ana dilinin rolu”, adlı mövzularla çıxışlar etdilər.Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbinIIIsinif şagirdlərindən Babayev Hikmət, Babayeva Duyğu,Xəlilzadə Fatimə, İsmayılov Mirkamil,NəzərovHüseyn, QəşəmliMehri, MəmmədovaFidan, Əliyev Amin, AllahverdiyevaAylin, YusibovaNuray, HüseynovFəqan, ƏliyevaKəmalə, QasımzadəMehman, VəliyevMəhəmmədəli, Əlizadə Nərmin,Abbasəliyeva Fatimə, Alizadə Nərmin,Hüseynova Mədinə, IV sinif şagirdlərindən Fidan, İnci Qəşəmlilər, 44 saylı orta məktəbin şagirdləri Nuran, Nuray Qəşəmlilər, 1 saylı orta məktəbin şagirdi Gülçin Qəşəmli, Mehran Qəşəmli , Gəncə şəhər 26 saylı orta məktəbin şagirdi Nuray Məmmədova “Ana dili” adlı təqdimat və şeirlər ilə çıxışlar etdilər. Tədbirdə“Millətin Milliliyini saxlayan onun dilidir”adlı videoçarx nümayiş edildi.

 

114.7 KB

 

109 KB